Magazin1
Mələkxanım Eyyubovanın qızının toyundan kim küsüb gedib?
"Üçüncü toydur, amma ümumiyyətlə, az adam çağırmadım. Məclisimə özümə, qəlbimə, sənətimə yaxın adamlar çağırıram. Alim Qasımov xanımı ilə gəlin və bəydən də əvvəl gəlmişdi. Alim məndən əvvəl atamla, qardaşımla dost olub".
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyyubova "Evdəkilərə salam" verilişində deyib.
Xanəndə qızı Nəzrinin bir neçə gün əvvəl baş tutan toyundan danışıb:
"Gəlməyən bir nəfər var idi. Ola bilsin ki, işi olmuşdu. Allah canını sağ etsin. Toya çağırdığın yaxının, dostun olur. Biz oğlan-qız toyu bir yerdə olduğu halda, 500 adam çağırdıq. Cəmi bir masada sənət adamları oldu. Çox az idi. Kimsə küsüb gedib, çağırsın məni toya. Deməyəcəm, mən harada oturacağam, əksinə ona dəstək olmalıyam. Gedib qapının yanında dayanaram. Məni qarşılayan olmadı, küsüb gedim? Heç vaxt mən getdiyim yerdə eqo göstərməmişəm ki, niyə məni gec çağırdınız. Mən gedib küçədə kimisə qarşılaya bilmərəm. Küsüb gedən, gəlməyən sağ olsun". ("Axşam.az")
-
Hadisə01:00
Yanğın nəticəsində xəsarət alan var? - İcra başçısı açıqladı
-
Hadisə00:36
"Ağ çiçəyim"də yanğının yayılmasının qarşısı alındı - FOTO/VİDEO/ YENİLƏNDİ
-
Qoroskop00:30
Günün qoroskopu: yaşamınızda yeni intriqa peyda olacaq
-
Nəqliyyat00:20
Yanğınla bağlı daha bir küçədə məhdudiyyət qoyuldu - YENİLƏNDİ
-
Dünya15 May 23:15
71 yaşlı yazıçı dindirildi: Baş naziri buna görə güllələyibmiş... - VİDEO
-
Magazin115 May 23:03
Vasif Məhərrəmli plastik əməliyyatla üzünü DƏYİŞDİRDİ - FOTO
-
Dünya15 May 21:25
Baş naziri güllələyən yazıçının oğlundan ETİRAF
-
Magazin115 May 20:05
Çingiz Mustafayevin toyu olacaq