Kərimin döyüldüyü toydan görüntülər yayıldı - VİDEO
Bizi izləyin

Magazin1

Kərimin döyüldüyü toydan görüntülər yayıldı - VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Kərim Abbasov paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində döyülüb.

Publika.az xəbər verir ki, Kərim Abbasovun İnstaqram səhifəsində paylaşdığı görüntülərin həmin toydan olduğu ehtimal edilir.

Müğənni paylaşımında bu sözləri qeyd edib: "Allah səsimizə və sənətimizə bərəkət versin".

Xatırladaq ki, müğənni Kərim Abbasovun toyda fonaqramma ifa etməsi məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib. DİN-dən bildirilib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm