Magazin1
“Toya bir gün qalmış” dünyasını dəyişdi – FOTOLAR
Aprelin 16-da Dövlət Musiqili Teatrında Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasının premyerası olacaq. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Publika.az-a bildirib ki, tamaşa xalq artisti, Afaq Bəşirqızının 60 illik yubileyinə ithaf olunub.
Gözlənilməz və maraqlı situasiyalarla zəngin olan tamaşada oğlunun toyuna bir gün qalmış vəzifəli şəxs dünyasını dəyişir. Onun həyat yoldaşı isə bunu hamıdan gizlətməyi qərara alır. Düşünür ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı, onların bir sıra maraqlarına da zərbə vuracaq. Beləliklə, ailə dəfn işləri ilə əvəzinə, toy hazırlığını davam etdirir. Və qəfildən “ölü” ayılır...
Və... Əsl həngamədə məhz bundan sonra başlayır...
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənovdur. Gözlənilməz situasiyalarla dolu bu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası Ənvər Sadıqov özü səsləndirəcək.
Tamaşada əsas obrazları xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Elnarə Nağdəliyeva, Gülnarə Əzizova, Ziyadxan Cəbrayılov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ağaxan Şərifov ifa edirlər. Tamaşanın baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.
Cəvahir
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO