Magazin1
Murad Arif Azisdən oxudu - VİDEO
Son dövrlər ifaçılığa başlayan tanınmış bəstəkar-aparıcı Murad Arif məşhur müğənni Azisin “Sen trope” mahnısını ifa edib.
Publika.az-a açıqlama verən Murad yeni ifasından danışıb:
"Bilirsiniz ki, məclislərdə tez-tez oluruq. Bu mahnını da el
şənliklərində insanların necə çox sevdiyinin şahidi olmuşam.
Dəfələrlə bu mahnını ifa etməyimi istəyiblər. Bir çox müğənnilər
istəsələr də, Azisin repertuarına müraciət etmirlər. Çünki
kompleksləri var. Bu da əbəs yerə deyil. Axı o, qalmaqallı şəxsi
həyatı, klipləri ilə hər zaman müzakirə olunur. Məndə isə bir çox
şou nümayəndələrindən fərqli olaraq, həmin kompleks yoxdur. Mənə
görə, mahnının cinsiyyəti olmur. Mahnı ya yaxşı olub əhval yaradır,
ya da ki, pis olub, heç kəsə lazım olmur. Məncə, bu, yaxşı
mahnıdır. Ona görə də bu bəstəyə rus dilində söz yazıb oxudum".
M.Arif “Bu yaxınlarda Bakıda konsert verəcək Azislə eyni səhnəni
paylaşarsınızmı?” - sualına da cavab verib:
"Niyə də yox? Hər kəsin öz keyfiyyəti və şəxsiyyəti var. Biz
artistik, onsuz da hər kəslə, hər nov insanla səhnəni bölüşürük.
Bu, bizlər üçün təbii haldır. Ümumiyyətlə, başqalarının həyatına
qarışmağı sevmirəm. Hər kəs öz şəxsiyyətinə cavabdehdir”.
İsa Şükürov
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."