Magazin1
Mətanət belə üzr istədi - VİDEO
Dünən aparıcısı olduğu “Gündəlik” verilişində Binəqədi rayonu ərazisindəki yaşayış binasında baş verən yanğınla bağlı səsləndirdiyi “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” kimi fikirlərinə görə ictimaiyyət tərəfindən ciddi qınaq obyektinə çevrilən Mətanət Əliverdiyeva bu gün efir başlayan kimi izahat verib.
Axar.az xəbər verir ki, aparıcı “Gündəlik” verilişinin bugünkü yayımı zamanı fikirlərini doğru ifadə etmədiyini deyib:
“Bəzi insanlar həssas məqamlar yaşayan faciə qurbanlarının durumundan istifadə edib, mənim bu sözlərimi əsas gətirərək onlarda qıcıq yaratdılar. Həqiqətən də buna dəyməzdi. Mən gərək daha diqqətli olardım. Biləydim ki, hadisəni necə deməliyəm. Fikirimi elə əsaslandırmalıydım ki, heç kimdə qıcıq yaranmasın".
Mətanət xanım bu sözlərindən sui-istifadə edilib, həssas insanların narahat edilməsindən də danışıb və hədəfə çevrilməyi haqq etmədiyini deyib. Həmçinin bildirib ki, bu məsələ ilə bağlı tənqidlərə tuş olması ona çox pis təsir edib.
"Bu faciəni yaşayan insanların hissiyatına toxunmuşamsa, onlarda doğurdan da qıcıq yaratmışamsa, elə sözümü yozan insanların adından hamıdan üzr istəyirəm. Mən heç kimin hissiyatı ilə oynayan biri deyiləm. Mən özüm də iki uşaq anasıyam, mən özüm də övlad itirmişəm".
Mətanət Əliverdiyeva bu fikirlərini səsləndirərkən canlı yayımda
ağlayıb.
Xatırladaq ki, Milli Teleradio Şurası məsələ ilə bağlı ATV kanalının rəhbərliyinə sifahi irad bildirilib.
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ