Magazin1
Elnur Hüseynovun final çıxışı - VİDEO/FOTO
Azərbaycanın “Eurovision 2015” mahnı müsabiqəsində
təmsilçisi Elnur Hüseynov Avstriyanın paytaxtı Vyanada keçirilən
“Eurovision 2015” mahnı müsabiqəsinin final mərhələsində iyirmi
dördüncü nömrə altında uğurla çıxış edib.
O, müsabiqədə İsveç bəstəkarları Sandra Byurman, Nikolas Rebşer,
Lina Hansonun bəstələdikləri “Hour of wolf” mahnısını ifa edib.
Həzin səsi, gözəl ifa tərzi ilə seçilən Elnur Hüseynov
“Eurovision-2015” mahnı müsabiqəsinin favoritlərindən hesab
olunur.
Finalda iştirak edən 27 ölkənin səhnəyə çıxma ardıcıllığı belədir:
1. Sloveniya, 2. Fransa, 3. İsrail, 4. Estoniya, 5. Böyük
Britaniya, 6. Ermənistan, 7. Litva, 8. Serbiya, 9. Norveç, 10.
İsveç, 11. Kipr, 12. Avstraliya, 13. Belçika, 14. Avstriya, 15.
Yunanıstan, 16. Monteneqro, 17. Almaniya, 18. Polşa, 19. Latviya,
20. Rumıniya, 21. İspaniya, 22. Macarıstan, 23. Gürcüstan, 24.
Azərbaycan, 25. Rusiya, 26. Albaniya, 27. İtaliya.
Qeyd edək ki, Elnur Hüseynov ABŞ-ın tanınmış caz vokalçısı Debora
Karterin rəhbərliyi ilə vokal göstəricilərini daha da artıra bilib.
O, Samir Cavadzadə ilə birgə 2008-ci ildə Serbiyada keçirilən
“Eurovision” mahnı müsabiqəsində iştirak edərək “Day after day”
mahnısı ilə səkkizinci yerə sahib olub.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi