Magazin1
Daha bir azərbaycanlı müğənni boşandı
Tanınmış müğənni Elton Hüseynəliyev həyat yoldaşından
ayrılıb.
ANS PRESS-in əldə etdiyi məlumata görə, 2 uşaq atası olan
ifaçının hazırda media aləmində yaxşı tanınan xanımla birlikdə
olduğu və onların evlənməyə hazırlaşdığı bildirilir.
Cütlüyün Nuray və Məryəm adlı iki qız övladı var. Onların rəsmən boşandığı barədə məlumatlar yoxdur.
9 illik ailənin dağlmasına səbəb xəyanət olub. Şou-biznes
aləmində yayılan söhbətlərdə Elton Hüseynəliyevin adı zaman-zaman
bəzi qadın müğənnilərlə birlikdə çəkilirdi.
Əslində onların ayrıldığı barədə şayiələr artıq 2 ildir gəzir.
Hətta keçmiş cütlüyün arasında yaşanmış mübahisə və münaqişələr
üzündən Tamilla xanımın (Toma) xəstəxanaya düşdüyü xəbərləri də
mediada yer almışdı.
Ailəsinin dağılmasını istəməyən Elton dəfələrlə bunu təkzib etsə
də, sonunda bu baş verdi.
Elton Hüseynəliyevin ailəsinin dağılması illərdir birlikdə
çalışdığı prodüseri Anar Mədətovla işbirliyinin bitməsilə
nəticələnib. İfaçının uşaqlarının anası prodüserin xalası
qızıdır.
Anar Mədətovdan ayrılan Elton artıq xeyli müddətdir məşhur prodüser
Toliklə işləyir.
Müğənninin eks-həyat yoldaşı da şou-biznes camiyəsindəndir. Toma
kimi tanınan prodüser Eltonla evliliyə qədər bir çox müğənnilərlə
çalışıb. Toma xanım hal-hazırda Günay İbrahimlinin
prodüseridir.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ