Magazin1
Ramiz Quliyev: “Bütün Avropanın ürəyi Azərbaycanda döyünürdü”
Xalq artisti, “Şöhrət” ordenli tarzən Ramiz Quliyev ölkəmizdə keçirilən “Bakı-2015” Birinci Avropa Oyunlarının bütün dünyaya səs saldığını deyib.
Publika.az-a danışan sənətkar təəssüratlarını belə ifadə edib:
“Bayaq ailəlikcə televizorda o möhtəşəm tarixi hadisəni təkrar izlədik. Həmin tarixi anları yenidən görmək belə ilk dəfə seyr edəndə keçirdiyimiz hissləri insana təkrar yaşadır. Mən öz hisslərimi ifadə etməyə söz tapmıram. Açılış mərasimində milli-mənəvi dəyərlərimiz, atributlarımız, tariximiz, mədəniyyətimiz, keçmişimiz necə dəqiqliklə öz gözəl əksini tapmışdı. Eləcə də, bağlanış mərasimində. Bu, dünyada baş verən tarixi bir hadisə idi. Hələ yarışları demirəm. Uzun müddət bu gözəl təəssüratlarla yaşayacağıq. Prezidentimizin, onun dəyərli xanımı-Avropa Oyunlarının təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın Azərbaycan naminə gördükləri işlər tarixə qızıl hərflərlə yazılacaq. Bu ölkənin vətəndaşı olaraq onlarla fəxr edirəm. Prezidentimiz milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi özündə əks etdirən filmi seyr edərkən gözləri dolmuşdu. Məğrur dövlət başçısının səmimiyyəti qarşısında heyran idim”.
Tarzən görülən işlərə görə minnətdarlıq etməyi də unutmayıb:
“Bütün Avropanın ürəyi Azərbaycanda döyünürdü. Əlbəttə ki, bu uğuru Azərbaycana qazandıran cənab Prezidentim və onun dəyərli xanımıdır. Hər ikisinə xalqım adından minnətdarlığımı bildirirəm. Azərbaycan qüdrətli dövlətdir və bunu da dünyaya sübut etdi. Sizinlə danışıram, sevincdən qəhər məni boğur”.
Cəvahir Səlimqızı
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...