69-cu BAFTA mükafatlandırma mərasiminin qalibləri – FOTOLAR
Bizi izləyin

Magazin2

69-cu BAFTA mükafatlandırma mərasiminin qalibləri – FOTOLAR

Ötən gün Londonda 69-cu “BAFTA” Britaniya Kino Akademiyasının incəsənət və televiziya mükafatlarının təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Britaniya Kino Akademiyasının incəsənət və televiziya mükafatlarının təqdimat mərasimi Kovent-Qarden kral opera teatrında baş tutub.

Jurnalist, fotoqraf və teleoperatorlar mərasimə dəvət olunan qonaqları qırmızı xalıda qarşılayıb.

Təqdimatda Leonardo Di Kaprio, Keyt Uinslet, Keyt Blanşet, Bri Larson, Maykl Fassbender, Runi Mara, Alisiya Vikander, Eddi Redmeyn və digərləri iştirak edib.

Mərasimin qalib siyahısı bunlardır:

Ən yaxşı film: "Sağ qalmış"

Ən yaxşı aktyor: Leonardo Di Kaprio "Sağ qalmış"

Ən yaxşı rejissor: Alexandro Qonsales İnyarritu "Sağ qalmış"

Ən yaxşı aktrisa: Bri Larson "Otaq"

Ən yaxşı ikinci plan aktrisası: Keyt Uinslet "Stiv Cobs"

Ən yaxşı ikinci plan aktyoru: Mark Raylens "Casus körpüsü"

Ən yaxşı Britaniya filmi: "Bruklin"

Ən yaxşı sənədli film: "Emi"

Ən yaxşı animasiya filmi: "Tapmaca"

Ən orijinal ssenari: "Diqqət mərkəzində"

Ən yaxşı bəstəkar: Ennio Morrikone "İyrənc səkkizlik"

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm