Sevgilisini döyən müğənni SİLAHA ƏL ATDI - FOTOLAR
Bizi izləyin

Magazin2

Sevgilisini döyən müğənni SİLAHA ƏL ATDI - FOTOLAR

Məşhur müğənni Kris Braunun təşkil etdiyi şənliyə gələn sevgilisi polisə artist tərəfindən təhdid olunması ilə bağlı ərizə yazıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni Rihannanın keçmiş sevgilisi və məşhur ifaçı Kris Braun ABŞ-ın Los-Anceles şəhərində öz evində bir neçə dostları ilə birlikdə şənlik təşkil edib. Lakin şənlik zamanı içkili gənclər arasında xoşagəlməz hadisə baş verib. Belə ki, səhər saat üçdə şənlikdə iştirak edən qızlardan biri qorxa-qorxa polisə zəng edərək Kris Braunun ona atəş açmaq istədiyini deyib. Hadisə yerinə gələn polislər evdə axtarış apara bilməyib. Çünki axtarış üçün order lazım olub.

Polislər axtarış üçün icazə gözləyən zaman Kris Braun içində silah olan çanta ilə narkotik vasitələri pəncərədən atıb və asayiş keşikçilərinə qışqırıb: "Gəlin! Əgər bacarırsınızsa, gəlin məni götürün!". Artist hadisələr barədə instaqram abunəçilərinə də məlumat verib. Müğənni pərəstişkarlarına etiraf edib ki, səhər evinə vertolyotla gələn polislər onu oyadıb. O, sosial şəbkədə “Bunlar məndən nə istəyir? Yatmağa qoymurlar” , - deyə status yazıb.

Qeyd edək ki, Kris ifadə verdikdən sonra sərbəst buraxılıb.

Onu da xatırladaq ki, bir neçə il əvvəl Kris Barun Rihannanı döymüşdü.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm