Magazin2
Ərindən boşanan aktrisa 12 milyonluq villaya köçdü - FOTOLAR
Ancelina Coli altı uşağıyla birlikdə Malibuda yeni villaya köçüb.
Publika.az xarici mətbuata istinadın xəbər verir ki, Bred Pittdən ayrılmaq üzrə olan Ancelina Coli gözlərdən uzaq olmaq üçün uşaqları Maddoks (15 yaş), Paks (12 yaş), Zahara (11 yaş), Shiloh (10 yaş), əkizləri Vivienne və Noks (8 yaş) ilə birlikdə yeni evə köçməyə qərar verib. Aktrisanın yeni köçdüyü evin aylıq kirayəsi 95 min dollardır. 41 yaşlı aktrisanın bu evi məhkəməyə boşanma ərizəsini təqdim etməzdən üç həftə əvvəl tutduğu öyrənilib. Aktrisa artıq 6 uşağı ilə birlikdə yeni evə köçüb.
5 yataq otağı və 5 hamamdan ibarət olan villa Okean sahilində yerləşir. 409 kvadratmetrlik evin dəyərinin 12 milyon dollar olduğu söylənilib. Bağçası və hovuzu olan villanın qapısına qoyulmuş cihazlar diqqət çəkib. Pərəstişkarları ulduzu narahat etməməsi polis evin ətrafına nəzarət edir, həmçinin təhlükəsizlik tədbirləri də görülüb.
52 yaşlı Bred Pittin isə Malibudan bir saat uzaq məsafədə yerləşən villadan başqa yerə köçdüyü məlum olub.
Qeyd edək ki, Ancelina Coli və Bred Pittin boşanma qərarından sonra sərvətlərinin bölüşülməsi məsələsində bir problem olmayacağı güman edilir. Xarici mətbuatın yazdığına görə, yalnız iki il evli olan cütlük 400 milyon dollarlıq var-dövlətinin bölüşdürülməsi üçün evlilik ərəfəsində saziş imzalayıb. O da məlum olub ki, cütlük dünyanın 12 ölkəsində aldıqları malikanələri hələ evli olmazdan əvvəl aralarında bölüşdürüb.
Üç mülkü: Nyu-yorkdakı Valdorf Astoriada bir mənzil, Fransdakı 6,5 milyon dollarlıq villa, eləcə də Fransadakı 60 milyon dollarlıq dəyərində şərab bağı və Miraval qəsrini cütlük birlikdə alıb. Lakin Pitt bu mülklərin heç birini istəməyəcəyinə dair evlənməzdən əvvəl müqavilə imzalayıb.
Aytən
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya7 Dekabr 17:40Meteohəssas insanların nəzərinə!
-
İdman7 Dekabr 16:42Messi tarixi uğurdan danışdı































.jpg)




