Magazin2
Məşhur müğənni narkotikdən ölüb - Sevgilisi etiraf etdi
Məşhur britaniyalı müğənni Corc Mayklın ölümü ilə bağlı
faktlar üzə çıxıb.
AzVision.az xarici KİV-ə
istinadən xəbər verir ki, müğənninin narkotik maddənin təsirindən
öldüyü bildirilir.
Homoseksual müğənninin 9 il münasibətdə olduğu keçmiş sevgilisi
Paul Stag onun narkotik istifadəçisi olduğunu etiraf edib.
“Corc Maykl narkotik aludəçisi idi. Hesab edirəm ki, onun ölümünə
qəbul etdiyi narkotik səbəb olub. Yüz faiz buna əminəm”, - deyə
müğənninin sevgilisi vurğulayıb.
Qeyd edək ki, Corc Maykl ötən ilin dekabr ayında dünyasını dəyişib.
Onun ürək çatışmazlığından öldüyü bildirilirdi.
İkiqat “Qremmi” mükafatı laureatı Corc Mayklın albomlarının ümumi
satış tirajı 100 milyon nüsxəyə yaxındır.
Corc Maykl 1963-cü ildə Londonda anadan olub. O, 1980-ci ildə
"Wham" duetində öz musiqiçi karyerasına başlayıb. Qrup dağıldıqdan
sonra, o solo fəaliyyətə başlayıb. Musiqiçi cəmi 6 solo albom
buraxıb.
Kayerası ərzində Corc Maykl bir çox musiqi mükafatları alıb, o
cümlədən 3 "Grammy" mükafatı və 5 "MTV" mükafatı. Onun sonuncu
albomu ("Symphonica") 2014-ci ildə çıxıb.
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ