Dünya şöhrətli aktrisa doğuşdan sonra körpəsinin plasentasını içdi - FOTO
Bizi izləyin

Magazin2

Dünya şöhrətli aktrisa doğuşdan sonra körpəsinin plasentasını içdi - FOTO

Bu yaxınlarda ikinci dəfə ana olan aktrisa Hilari Daff körpəsinin plasentasını içib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünya şöhrətli aktrisa cavan qalmaq üçün qızının plasentasını meyvə suyuna qarışdıraraq içib. 32 yaşlı Daff bunun həyatı boyu içdiyi ən ləzzətli meyvə suyu olduğunu vurğulayıb.

Qeyd edək ki, dünya ulduzları arasında doğumdan sonra körpələrinin plasentalarını içmək dəb halını alıb. Bu trend sosial şəbəkələrin sayəsində sürətlə yayılır. Plasentanın sağlamlığa faydası barədə geniş elmi araşdırmalar və sübutlar olmasa da, plasentanın necə hazırlanması ilə bağlı videoları yutub üzərindən yayımlamağa başlayıb. Hətta yağda qovuran və blenderdən keçirməyə qədər bir çox ürəkbulandrıcı reseptlər var.

Bununla yanaşı dünya miqyaslı səhiyyə təşkilatı olan Xəstəlik Nəzarəti və Qorunma Mərkəzi tərəfindən nəşr olunan bir hesabatda plasentanın laboratoriyadan keçməmiş şəkildə istifadəsinin infeksiyaya səbəb olduğunu açıqlayıb. ABŞ-ın Portland şəhərindəki bir ananın infeksiyaya yoluxduğu deyilir. Çalışdığı şirkətin etibarlı olduğuna inanan ana kifayət qədər isidilməyən plasenta tozunu içdikdən sonra bakteriyalara məruz qalıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm