"Türkiyə gözəli" Acunla tanışlığından danışdı: Həftənin 2-3 günü...
Bizi izləyin

Magazin2

"Türkiyə gözəli" Acunla tanışlığından danışdı: Həftənin 2-3 günü...

Model Itır Esen TV8 kanalının direktoru Acun Ilıcalı ilə tanış olması barədə danışıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2017-ci ildə "Türkiyə gözəli" seçilən, lakin sosial şəbəkədə şəhidləri təhqir edən status yazdığı üçün tacı əlindən alınan məşhur model “Hurriyet”ə müsahibə verib. Son günlərdə adı Acun Ilıcalı ilə hallanan Esen aparıcı ilə necə tanış olduğunu açıqlayıb:

"Survivor" Youtube layihəsi üzərində işə başladıqdan sonra Acun Ilıcalı ilə görüşmək imkanımız oldu. Həftənin 2-3 günü sınaq çəkilişləri aparırıq. Yeni layihə olduğu üçün özü də yaxından məşğul olur. Birlikdə həm gözəl layihə hazırlayır, həm gözəl vaxt keçiririk. Kimsə iş və əyləncənin bərabər olacağını desəydi, inanmazdım. "Acun Media"nın aurası fərqlidir. Bunu daha öncə çox eşitmişdim, amma özüm yaşayıb bir daha şahidi oldum.

“Survivor Youtube” layihəsinin hələ heç bir ayı tamam olmayıb. Ən həyəcan verən şeylərdən biri də bu layihənin eyni anda Yunanıstanda yayımlanmasıdır. İki ölkənin birgə seyr edəcəyi layihə olduğu üçün əsl mübarizə meydanı olacaq. Türkiyə ilə Yunanıstan arasındakı “Survivor" yaxında başlayacaq. Youtube layihəsini yunan aparıcı ilə birlikdə həyata keçirəcəyik”.

Xatırladaq ki, 48 yaşlı Acun Ilıcalının 20 yaşlı model Itır Esenlə sevgili olduğu deyilir. Itır Esen Acunun keçmiş həyat yoldaşı Şeyma Subaşına bənzərliyi ilə diqqət çəkir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm