Anasını son mənzilə yola salan Tatlısəs göz yaşlarına boğuldu - FOTO
Bizi izləyin

Magazin2

Anasını son mənzilə yola salan Tatlısəs göz yaşlarına boğuldu - FOTO

İbrahim Tatlısəsin anası Leyla Tatlı dəfn edilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin anasının dəfn mərasimi dünən baş tutub. Dəfn mərasimində Tatlısəsi sənətçi dostları Gülben Ergen, Seda Sayan, Helin Avşar, Hülya Avşar, Mehmet Ağar, Mustafa Topaloğlu və başqaları tək qoymayıb. İdo Tatlısəs dəfn mərasiminə sevgilisi Jasmin Şafkatlı ilə birlikdə gəlib.

Cənazə Zincirlikuyu Məscidinə aparılıb, cənazə namazından sonra Leyla Tatlı Zincirlikuyu Qəbiristanlığında torpağa tapşırılıb.

Göz yaşlarına hakim ola bilməyən İbrahim Tatlısəs yaranmış izdihamdan dolayı başsağlığını VİP avtomobilində qəbul edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm