İnstaqram fenomenlərinin fanatları səhifəni boykot etdi
Bizi izləyin

Magazin2

İnstaqram fenomenlərinin fanatları səhifəni boykot etdi

İnstaqramın ən çılğın hesablarından olan “another_beautiful_day_official”ın istifadəçiləri sərt tənqid olunublar.

Publika.az xəbər verir ki, alman cütlük ötən gün velosiped turuna çıxmaq üçün özlərinə hesab açıb, 10 min avroya ehtiyaclarının olduğunu bildiriblər.

Məlum olub ki, cütlük Afrikaya getməyi planlaşdırıb və bu günədək bütün xərclərini qızın iki işdə çalışan anası ödəyib.

Qəzəblənən izləyicilərin çoxu səhifəni izləməyi dayandırıblar. Həmçinin Afrikaya gedən cütlüyün 10 min avronun nəyə xərcləyəcəyini soruşublar: "Siz bizdən bəxşiş istəyirsiniz. Gedin, görün köməyə kimin daha çox ehtiyacı var, sizing yoxsa afrikalıların?!"

Cütlük qopan qasırğaya cavab olaraq, uzun müddət dincələcəklərini və instaqram pəhrizinə başlayacaqlarını bildirib.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm