İtaliya "Eurovision-2021"in qalibi oldu - FOTO/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Magazin2

İtaliya "Eurovision-2021"in qalibi oldu - FOTO/VİDEO - (YENİLƏNDİ)

Niderlandın Rotterdam şəhərində keçirilən "Eurovision-2021" mahnı müsabiqəsinin qalibi İtaliya olub.

Publika.az xəbər verir ki, bu ölkənin təmsilçisi “Maneskin” qrupu “Zitti E Buoni” mahnısı ilə birinci olub. O, səsvermə zamanı 524 xal toplayıb.

“Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində Fransa ikinci, İsveçrə isə üçüncü olub.

Azərbaycanlı ifaçı Samirə Əfəndi “Mata Hari” mahnısı ilə yarışmanı 20-ci sırada başa vurub. Yarışmanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb.

Qeyd edək ki, müsabiqədə ümumilikdə 39 ölkə iştirak edib.

xxx

00:49

Azərbaycan təmsilçisi Samirə Əfəndi Niderlandın Rotterdam şəhərində keçirilən "Eurovision-2021" mahnı müsabiqəsinin finalında çıxış edib.

Publika.az xəbər verir ki, o, “Mata Hari” mahnısını ifa edib. Mahnını niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birs bəstələyiblər. Azərbaycan təmsilçisi 21-ci sırada çıxış edib.

Qeyd edək ki, final mərhələsində Azərbaycanla yanaşı, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Böyük Britaniya, İspaniya, Almaniya, Fransa, İtaliya və ev sahibi Niderland təmsilçiləri çıxış edir.

Bu, sayca 65-ci müsabiqədir. Müsabiqədə 39 ölkə iştirak edib. "Eurovision" mahnı müsabiqəsi 2020-ci ildə koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.

xxx

23:00 22.05.2021

Niderlandın Rotterdam şəhərində "Eurovision-2021" mahnı müsabiqəsinin final mərhələsi başlayır.

Publika.az xəbər verir ki, birinci yarımfinalın səsverməsinin nəticələrinə əsasən Azərbaycan final yarışmasına vəsiqə qazanıb.

Qeyd edək ki, müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxaraq “Mata Hari” mahnısını ifa edib. Mahnını niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birs bəstələyiblər. Səsvermənin nəticələrinə əsasən Samirə Əfəndi finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi 21-ci sırada çıxış edəcək.

Bildirək ki, final mərhələsində Azərbaycan, İsrail, İsveç, Rusiya, Norveç, Malta, Serbiya, Litva, Kipr, Ukrayna, Belçika, Bolqarıstan, Albaniya, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Finlandiya və Yunanıstan təmsilçiləri çıxış edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm