Dünyanın ən dadlı muzeyləri: Ağdam da var... - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Dünyanın ən dadlı muzeyləri: Ağdam da var... - FOTOLAR

Bu muzeylər hər kəsin marağına səbəb olur.

Dünyada yüz minlərlə muzey var və onların əksəriyyətində xalqların mədəni irsi qorunur. Lakin buna baxmayaraq, bir sıra muzeylər də var ki, öz qeyri-adiliyi ilə nəinki yerli əhalinin, eləcə də, turistlərin marağına səbəb olur.

Publika.az dünyanın ən dadlı muzeylərinin siyahısını təqdim edir.

1. Fri kartofu muzeyi

Belçikalılar əmindirlər ki, dünya mətbəxinə fri kartofu ilk dəfə Belçikadan gəlib. Odur ki, Brüqe şəhərinin qədim 3 mərtəbəli binalarından birində “Fri Kartofu Muzeyi” fəaliyyət göstərir. Muzeydə ən qədim frityurlardan tutmuş, müasir fri kartofu hazırlayan sobalara qədər bütün ekspnatlara rast gəmək olur. Bura səyahət edən hər kəsi, Fri kartofu qonaqlığı da gözləyir.

2. Pendir muzeyi

Nə vaxtsa Hollandiyaya getsəniz, məşhur Pendir muzeyinə də, baş çəkməyi unutmayın. Bu muzeydə sizi pendirin yaranma tarixinə aid maraqlı məlumatlar, onun hazırlanmasında istifadə olunan alətlərdən ibarət eksponatlar toplusu, ən əsası, müxtəlif çeşidli holland pendirləridən dadmaq imkanı gözləyir.

3. Şokolad muzeyi

Dünyanın bir çox ölkəsində Şokolad muzeyinə rast gəlinsə də, ən məşhuru Almaniyanın Köln şəhərində yerləşir. 3 mərtəbədən ibarət Şokolad muzeyi şirniyyat sevənlərin cənnəti sayıla bilər. Muzeyin ən maraqlı eksponati isə, hündürlüyü 3 metrə çatan şokolad fəvvarəsidir ki, onun üçün 200 kq qatı şokolad istifadə olunur. Burada həmçinin qonaqlar cəmi 11 avro ödəniş etməklə, şokoladın hazırlanma prosesini izləmək imkanı qazanırlar.

4 Çörək muzeyi

Günümüzü çörəksiz təsəvvür etmək necə də çətindir elə deyilmi? Tarix boyu dinindən, irqindən asılı olmayaraq, bütün xalqlar çörəyi müqəddəs sayıb, əziz qonaqlarını duz-çörəklə qarşılayıblar. Yəqin elə bu sevgi və sayğının nəticəsidir ki, dünyanın bir çox ölkəsində Çörək muzeyləri fəaliyyət göstərir. Sevindirici haldır ki, Ağdam rayonu da bu siyahıdadır. Ən məşhur çörək muzeyi isə Almaniyada yerləşən “Çörək mədəniyyəti muzeyi”dir. Bu muzeydə nəinki çörək növləri, onun tarixi, həmçinin taxılın becərilməsi texnologiyaları haqda məlumat toplamaq olar. Muzeydə həmçinin, hər il çörək sərgiləri keçirilir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm