Bu gün Yer kürəsi Günəşə ən uzaq məsafədədir
Bizi izləyin

Maraq dünyası

Bu gün Yer kürəsi Günəşə ən uzaq məsafədədir

4 iyul 2017-ci il tarixində Yer Kürəsi Günəşə ən uzaq mövqedə durub.

Publika.az xəbər verir ki, bu məsafə dəyişiminin səbəbi riyazi hesablamalarla alman astronomu Con Kepler tərəfindən açıqlanıb.

Alimin araşdırmalarına görə, bu məsafə dəyişiminin səbəbi Günəş sistemindəki planetlərin tam yuvarlaq deyil, ellips formasında trayektoriyaya sahib olmasıdır. Buna görə də planetimiz hər il Günəşə ən yaxın və ən uzaq 2-3 mövqedə olur.

Günəşə ən yaxın olduğumuz nöqtə "perihelion", ən uzaq nöqtə "aphelion" adlanır.

Beləliklə, bu gün planetimiz təxminən 153 000 000 kilometr uzaqlıqda Günəşə ən uzaq aphelion nöqtəsində olub.

Yer kürəsi bu ilin perihelion nöqtəsində isə 3 yanvar tarixində olub.

“Bu gün Yer Günəşə ən uzaq məsafədə olduğu halda niyə şimal yarımkürəsində iyul ayı bu qədər isti keçir” sualını verənlərə isə elm bu cavabı verir:

“Çünki mövsümləri təyin edən şey Yerin Günəşlə arasındakı məsafə deyil, Yerin öz oxunun orbitinə nisbətən maili bucaqda olmasıdır.”

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm