Maraq dünyası
Kim Çen Inın sirli xanımının GİZLİ HƏYATI: ilk dəfə oxuyacağınız MƏLUMATLAR - FOTO
Dünyanın ən qapalı və sirli ölkəsi olan Şimali Koreyanın
lideri Kim Çen Inın həyat yoldaşı Ri Sol Ju haqda da çox az məlumat
var.
Publika.az xəbər verir ki, Ri Sol Ju 2012-ci ildən
etibarən Kimin arvadı olaraq medianın gündəminə gəlməyə
başlayıb.
Cənubi Koreya kəşfiyyatının məlumatına görə, 28 yaşlı Ri Sol Junun
üç övladı var.
Gənc xanım nadir hallarda hansısa mərasimdə iştirak edib. Kim və
Rinin dəqiq nə vaxt evləndikləri bilinmir. Bəzi qaynaqlara görə,
onların nikahı 2009-cu ildə reallaşıb. Digər qaynaqlarda isə
cütlüyün 2010-cu ildə bir klassik musiqi konsertində tanış olduğunu
deyilir.
Ri Sol Junun Kimlə evlənməmişdən öncəki həyatı isə tamamilə
qapalıdır.
Cənubi Koreya qaynaqlarına görə, Ri Çində musiqi təhsili alıb. Daha
sonra 2005-ci ildə Şimali Koreyaya səfər edib.
Şimali Koreyanın birinci xanımı haqda digər məlumata görə, onun
bahalı moda zövqü var. Mediada yayılan fotolarda da görünür ki,
Şimali Koreya xalqı qıtlıq çəkdiyi halda, Kimin həyat yoldaşı lüks
paltarlar geyinir.
Son məlumatlara görə, Ri üçüncü övladını bu ilin fevral ayında
dünyaya gətirdiyi üçün heç bir yerə çıxmır.
Cənubi Koreya mediası Rinin əvvəlki iki övladının qız olduğunu
iddia edir. Kim Çen In isə oğlunun olmasını istəyir.
Asif
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...