Maraq dünyası
Ana öz oğlunun övladını dünyaya gətirəcək - - FOTOLAR
Daha əvvəl qızı üçün daşıyıcı ana rolunu oynayan
olmuşdu, amma oğlu üçün daşıyıcı ana olan qadın ilk dəfə
eşidəcəksiz.
Publika.az xəbər verir ki, ABŞ-da 17 yaşlı Kayla
Cons uşaqlıq boyunda yaranan kista səbəbindən ana ola bilmək
şansını itirib. Evləndiyi zaman təbii yollarla heç vaxt ana ola
bilməyəcəyini bilən Kayla, ailə qurduqdan sonra ana olmaq üçün
daşıyıcı ana axtarmağa başlayır.
Daşıyıcı ana axtaran cütlük bu barədə evdəkilərə məlumat verir.
Elə bu zaman Kaylanın qayınanası "kaş ki mən daşıyıcı ana ola
bilərdim" deyir. Zarafatla deyilən söz bir anda həqiqətə çevrilir.
Beləliklə, həkimlər öz nəvəsi üçün daşıyıcı analıq etmək istəyən
qadını heyrətlə qarşılayıblar. Müayinə və analizlərdən sonra gəlini
Kayla və oğlundan alınan nümunələr qayınananın bətninə
yerləşdirilib.
İlk sınaq uğursuz olsa da, 2-ci dəfə mayalanma prosesi uğurla
tamamlanıb. Ana öz oğlunun körpəsinə hamilə qalıb. Qayınana, gəlin
və oğlu birlikdə xoşbəxt ailə fotosu çəkdirib sosial şəbəkədə
paylaşıblar. Daşıyıcı analıq ABŞ-da olduqca geniş yayılıb.
Könül Cəfərli
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu