Tarix
MOSSAD Abdullah Öcalanı qaçırtdı – ŞOK DETALLAR
1999-cu ildə Keniyada Yunanıstan səfirliyində gizlənən
PKK terror təşkilatının lideri Abdulla Öcalanı Mossad
tutub.
Publika.az xəbər verir ki, illər sonra bununla
bağlı faktlar ortaya çıxıb.
Keniya kəşfiyyatının adını açıqlamayan üzvü bildirib ki, Yuanıstan
səfirliyinə əməliyyat Mossad tərəfindən həyata keçirilib.
Onun sözlərinə görə, əməliyyatın kod adı "Oyanıq" (Watchful)
idi.
Məlumatlara görə, həmin dövrdə Türkiyənin baş naziri olan Bülənt
Ecevit İsrailin o dövrdə baş naziri olan Bencamin Netanyahuya zəng
edərək, "Mossad bizə Öcalanı izləmək və tutmaq üçün kömək edə
bilərmi?" deyə soruşub. Netanyahu müsbət cavab verib. Lakin Ecevitə
"bu işin içində Mossad olduğu heç bir vaxt bilinməyəcək. Öcalan
həbs olunan vaxt bunun sadəcə türklər tərəfindən keçirilən
əməliyyat nəticəsində mümkün olduğunu açıqlayacaqsınız" deyə
bildirib.
Hər iki lider razılaşır. Ardınca Netanyahu Mossadın rəhbəri Efraim
Halevinə zəng edir və 6 nəfərlik qrup formalaşdırmağı tapşırır.
Mossad şefi əməliyyat qrupuna sadəcə Öcalanı izləmələrini, əmr
verilmədiyi təqdirdə heç nə etməməyi tapşırır. İlk təqib Romada
başlayır. Casus qrupunda iki texniki işçi və bir qadın da var idi.
İlk plana görə, qadın casus Öcalanla yaxınlıq quracaq və beləliklə
onu izləmək daha asan olacaqdı. Lakin Öcalanın İtaliyanı tərk
etməsi bu planı təxirə salır.
Öcalan İtaliyanı tərk edəndən sonra getdiyi İspaniya, Mərakeş,
Tunis, Suriya və Portuqaliyada Mossad casusları tərəfindən
izlənilir. Hollandiya kəşfiyyatçısının bir üzvü Amsertdamdakı
Mossad agentinə "Öcalan təyyarə ilə Keniyanın paytaxtı Nayrobiyə
gedir" məlumatını verir. Mossadın casus qrupu dərhal Keniyaya yola
düşür. Fevralın 5-də artıq onlar Keniyada idilər. Mossad və Keniya
kəşfiyyatı çox yaxşı münasibətlərə malik idilər.
Mossad CİA-nın köməyi ilə Öcalanın Yunanıstan səfirliyində
gizləndiyini aşkarladı. Dərhal səfirlik dinlənilməyə başlandı.
Dinləmə səfirliyin qarşısındakı binadan aparılırdı.
Nəhayət, Mossad şefindən əmr gəlir: Öcalanı ilk fürsətdə tutun.
Mossad casusları Öcalanın mühafizəsinə sızmağı bacarırlar. Belə ki,
mühafizəçilərdən biri "Norfolk" otelində içki içərkən səlis kürd
dilində danışan casus ona yaxınlaşır və dostluğunu qazanır.
Mühafizəçidən öyrənir ki, Öcalanın sığınacaq almaq istədikləri
ölkələr onu rədd edir və buna görə çox hirslidir.
Plan uğurlu alınır və Öcalan 1999-cu ilin 16 fevral tarixində
üzərində yunan Kiprinin pasportu ilə həbs olunur. "Bordoberelilər"
onu təyyarə ilə Türkiyəyə gətirirlər.
Mossadın həmin dövrdə şefi olan Efraim Halevi də təqaüdə çıxandan
sonra yazdığı kitabda Öcalanın tutulması əməliyyatını onların
keçirdiyini etiraf edib.
Asif
-
MDB09:24Dobnbas şaxtaları uğrunda döyüş: Rusiya strateji nöqtələri ələ keçirdi
-
İdman09:12Rəhim Həsənov niyə istefa vermir?
-
ABŞ09:00O da Tramp administrasiyasını tərk edir
-
Sosial08:12Ağdam şəhərinə daha 92 ailə yola salındı
-
Ekologiya07:55Azərbaycanın məşhur turizm bölgəsində dəhşətli mənzərə - Video
-
İqtisadi gündəm06:46Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
-
Magazin106:16Çelikdən Hüseyn Məmmədoğluna sərt reaksiya: Qısqanırsan!
-
Nida Xəbər 04:30Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...



































