Tarix
Narkomanların eramızdan əvvəl yığışdığı otaq: Görün arxeoloqlar nələr tapıb
Arxeoloqlar Peruda içərisində psixoaktiv maddələrin izləri olan içi boş quş sümükləri ilə dolu 2500 illik narkotik anbarı aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə "PNAS" jurnalı məlumat yayıb.
Bildirilir ki, gizli otaqda “boruların” olması onu deməyə əsas verir ki, İnkaya qədərki dövrlərdə elita narkotik vasitələrdən istifadə edərək gizli rituallar həyata keçiririb.
Araşdırmada arxeoloqlar qrupu Perunun şimal-mərkəzindəki yüksək dağlıq ərazilərindəki "Çavin de Uantar" arxeoloji sahəsindən 23 sümük və qabıq artefaktında kimyəvi qalıqları təhlil ediblər. Onlar ərazidə rituallarda psixoaktiv maddələrin istifadə edildiyinə dair uzun müddətdir mövcud olan nəzəriyyəni araşdırmağa çalışıblar.
Bu tədqiqat ritual aktivliyin yüksək olduğu, lakin narkotik istifadəsinin birbaşa sübutunun az olduğu Çavində inhalyasiya edilmiş xüsusi dərmanları göstərən ilk tədqiqatdır.
Qeyd edək ki, Çavin eramızdan əvvəl 1200-400-cü illər arasında ritual fəaliyyətin əsas mərkəzi idi. Kompleksə açıq ərazilərin ətrafında tikilmiş daş konstruksiyalar daxil idi. İnsanlar əsrlər boyu əlavə binalar tikdikcə, bir neçə otaq qalereya adlanan daxili məkanlara çevrilb.
Qalereyalardan biri təxminən eramızdan əvvəl 500-cü ildə möhürlənib və 2017-ci ildə arxeoloji qazıntılara qədər açılmayıb. Arxeoloqlar qalereyanı araşdırarkən heyvan sümüklərindən və qabıqlarından boru və qaşıq şəklində oyulmuş 23 artefakt aşkar ediblər.
Artefaktların üzərindəki kimyəvi qalıqların təhlili göstərib ki, onlarda tütündən olan nikotinin üzvi birləşmələri və təbii halüsinogen dərman olan dimetiltriptamin (DMT) var.
Bundan başqa əlavə mikrobotanik təhlillər göstərib ki, dörd artefaktda vaxtilə vəhşi nikotin növlərinin kökləri və DMT tərkibli "Anadenanthera colubrina" toxumları və yarpaqları var. Onlar çox güman ki, qurudulub, qovrulub və güclü enfiye əmələ gətirmək üçün üyüdülüb.
Adəm
-
Nəqliyyat20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək













.jpg)























.jpg)
.jpg)