Tarix
Tutanxamonun xəzinələri yeni muzeydə
Firon Tutanxamonun xəzinə kolleksiyasının bir hissəsi yeni muzeyə köçürülüb.
Publika.az xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatına görə, 163 artefakt Gizədəki Böyük Misir Muzeyinə gətirilib.
Muzeyin rəsmi açılışı iyulun 3-də olacaq. Yeni Gizə muzeyində Tutanxamonun xəzinələri üçün ayrıca bir zal ayrılacaq. Misir hakimiyyəti yeni muzeyi “dünyaya hədiyyə” adlandırır və açılışa dövlət başçılarını dəvət etməyi planlaşdırır.
Turizm və qədim əsərlər naziri Şərif Fatihi Tutanxamonun “qızıl kolleksiyası”na aid eksponatların bir hissəsinin muzeyin rəsmi açılışına hazırlıq çərçivəsində köçürüldüyünü bildirib. Onun sözlərinə görə, daha sonra digər artefaktlar da oraya daşınacaq.
Köçürülən eksponatlar arasında Tutanxamonun mərasim kreslosu, qızıldan hazırlanmış zinət əşyaları və boyunbağılar var.
Qeyd edək ki, Tutanxamonun məzarını 1922-ci ildə Fironlar Vadisində aparılan qazıntılar zamanı britaniyalı arxeoloq Hovard Karter aşkar etmişdi. Məşhur qızıl maskanın da yer aldığı bu kolleksiya Tahrirdə yerləşən Misir Muzeyində nümayiş etdirilib.
-
Nəqliyyat20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək













.jpg)























.jpg)
.jpg)