Tarix
Neandertal "sənətçi"nin əl işi tapıldı - Foto
Madrid Universitetinin ispan arxeoloqları San Lazaro mağarasında heyrətamiz bir "sənət əsəri" tapıblar.
Publika.az xəbər verir ki, onlar üzərində insan üzünə bənzəyən təbii çökəklikləri olan və neandertal barmaq izinin qorunub saxlandığı qranit daş aşkarlayıblar.
Təxminən 43 min il yaşı olan tapıntı Avropadakı portativ sənətin ən qədim nümunəsi ola bilər.
Araşdırma “Archaeological and Anthropological Sciences” (A&AS) elmi jurnalında dərc olunub.
20 sm uzunluğundakı qeyri-adi daş antropomorfik forması ilə alimlərin diqqətini çəkib. "Üzün" burnunun olması lazım olan yerdə yerləşən qırmızı oxra nöqtəsi xüsusi maraq doğurur. Ekspertlər piqment işarəsinin yetkin neandertal kişi barmağının ucu ilə edildiyini təsdiqləyiblər.
“Nöqtənin yeri təsadüfi deyil - o, daşın təbii konturlarına mükəmməl uyğun gəlir. Bu, təsadüfi çirklənmə deyil, qəsdən edilən hərəkətə dəlalət edir”, - deyə layihə rəhbəri David Alvarez Alonso izah edib.
Kəşf neandertalların idrak qabiliyyətlərinə dair məlumatlara yeni işıq salır.
Elm adamları deyirlər ki, neandertallar müasir insanların idrak qabiliyyətlərindən heç də aşağı olmayan mücərrəd təfəkkür inkişaf etdiriblər.
Ləman
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi





















_(1).jpg)















.jpg)
.jpg)
