Tarix
Aborigenlərin məhvi: Bu ölkədə soyqırım olduğu rəsmən təsdiqləndi
Avstraliyanın Yoorrook Ədalət Komissiyası 19-cu əsrdə Britaniya müstəmləkəçilərinin Viktoriya ştatında yerli əhaliyə qarşı soyqırım törətdiyini və bunun nəticələrinin bu gün də hiss olunduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilir ki, bu, aborigen icmalarının nümayəndələrinin rəhbərlik etdiyi Avstraliya tarixində ilk rəsmi araşdırmanın əldə etdiyi nəticələrdir.
Hesabatda deyilir ki, 1834-cü ildən bəri zorakılıq, xəstəlik, kütləvi qətllər, deportasiyalar, dil və mədəni məhvetmə və assimilyasiya siyasəti Viktoriyanın aborigenlərinin "demək olar ki, tamamilə fiziki məhvinə" səbəb olub.
1830-cu illərdə müstəmləkəçiliyin başlanmasından sonra 20 il ərzində yerli əhali 60.000-dən 15.000-ə qədər azalıb.
"Bu, soyqırım idi. Müstəmləkə sistemləri yerli xalqları iqtisadi həyatdan kənarlaşdırıb, onları təhsil, məşğulluq və mülkiyyət hüququndan məhrum edib", - hesabatda deyilir.

Viktoriya ştatının baş naziri Casinta Allan komissiyaya işinə görə təşəkkür edib və hökumətin "bütün tövsiyələri diqqətlə nəzərdən keçirəcəyini" söyləyib.
O, həmçinin Yerli Xalqlar Assambleyasını əyalət hökuməti üçün daimi məsləhət orqanı etmək ideyasını dəstəkləyib.
Bildirilir ki, araşdırma 4 ildən artıq davam edib, 1300 ifadə toplanıb və hesabatda bu gün də mövcud olan torpaq və su hüquqlarından tutmuş mədəni məhvə, iqtisadi təcrid və sistem bərabərsizliyinə qədər geniş spektrli məsələləri əhatə edib.
Oxşar araşdırmaların digər ştatlarda da aparılmasına baxmayaraq, komissiyalar heç bir nəticə əldə edə bilməyib.
Qeyd edək ki, Viktoriya ştatının müstəmləkəçiliyi 18-ci əsrin ikinci yarısında başlayıb. 1788-ci ildə Birinci Donanmanın gəlişindən sonra yoluxucu xəstəliklər dalğası, 1830-cu illərdən isə kütləvi zorakılıq və etnik təmizləmə başlayıb. Viktoriya əyaləti "Viktoriyanın ilk xalqları" kimi tanınan onlarla yerli xalqın yaşadığı yer hesab olunurdu.
Adəm
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi














.jpg)























.jpg)
.jpg)