Tarix
Tanrıların oyunu: Gizli simvollardan ibarət lövhə tapıldı
Müasir Qvatemalada, qədim Mayya şəhəri olan Naaktunda arxeoloji qazıntılar zamanı unikal patolli (Amerika qitəsində məlum olan ən qədim stolüstü oyun) taxtası aşkar edilib.
Publika.az xəbər verir ki, alimlərin bu kəşfi haqqında "Latin American Antiquity" jurnalında məlumat verilib.
Lövhə yüzlərlə kiçik qırmızı keramika qırıntılarından hazırlanıb.
Patolli mayyalar, tolteklər və asteklər tərəfindən oynanan strateji və stolüstü oyunudur. Oyun özündə strategiya və şansı birləşdirir. Oyunçular qara lobyadan "kublar" kimi istifadə edərək, öz parçalarını çarpaz formalı lövhənin ətrafında hərəkət etdiriblər.
Qeyd olunur ki, tapılan patolli lövhələri divarların və skamyaların səthlərində oyulub. Lakin Naaktundan olan mozaika lövhəsi bu növdə ilkdir. Belə ki, o, döşəmənin tikintisi zamanı qoyulub. Bu da onu göstərir ki, bu, əvvəldən memarlığın bir hissəsi olub.
Qazıntılar, taxtanın təxminən eramızın 5-ci əsrinə (Erkən Klassik Dövr) aid olduğunu və onu ən qədim və ən diqqətlə hazırlanmış patolli oyun lövhələrindən birinə çevirdiyini ortaya qoyub. Mozaikanın ölçüləri təqribən 80 x 110 sm olaraq qiymətləndirilir ki, bu da əvvəllər aşkar edilmiş bir çox lövhələrdən daha böyükdür (adətən 40-70 sm).
Tədqiqatçıların fikrincə, çox güman ki, lövhənin tapıldığı ev cəmiyyətin zəngin bir üzvünə məxsus olub.
Alimlər qeyd edirlər ki, bu kəşf Mayyalar üçün patollinin sadəcə əyləncə deyil, gündəlik həyatın və memarlıq planlaşdırmasının əhəmiyyətli bir hissəsi olduğunu nümayiş etdirir. Lövhənin mozaika kimi düzülməsi simvolik bir məna ifadə edir. Bəlkə də oyun elementi təkcə istirahət funksiyasına deyil, həm də mənəvi və ya ritual funksiyaya xidmət edirdi.
Adəm
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO




















.png)





.jpg)











