Tarix
Tarix yenidən yazılır: Səhrada hamıdan gizlədilən sirrin üstü açıldı - FOTO
Sudanın şərq səhrasında arxeoloqlar peyk görüntülərinin köməyi ilə Misir piramidalarından daha qədim olan yüzlərlə unikal kurqan aşkarlayıblar.
Publika.az xəbər verir ki, bu barədə “ScienceAlert” məlumat yayıb.
Avstraliya, Fransa və Polşadan olan alimlər Sudanın şərqində yerləşən Atbay səhrasında indiyədək məlum olmayan 260 dairəvi formalı qədim dəfn məkanı aşkar ediblər. Sirli kurqanların diametri 80 metrə qədərdir. Onların daxilində insan qalıqları ilə yanaşı iri buynuzlu heyvanların, qoyun və keçilərin sümükləri də tapılıb.
Arxeoloqlar hesab edirlər ki, bu kütləvi məzarlıqlar eramızdan əvvəl III-IV minilliklərdə - Qədim Misirin yaranmasından çox əvvəl Sahara köçəriləri tərəfindən yaradılıb.
Tədqiqatçılar bildiriblər ki, hər kurqanda mərkəzi dəfn yeri mövcuddur. Ehtimal edilir ki, burada qəbilə başçısı və ya nüfuzlu şəxs dəfn olunub. Digər insan və heyvan qalıqları isə onun ətrafında müəyyən qayda ilə yerləşdirilib. Bu fakt qədim köçəri cəmiyyətlərdə sosial bərabərsizliyin və elitanın formalaşmasının ilkin əlaməti kimi qiymətləndirilir.
Alimlərin sözlərinə görə, həmin kurqanlardan minilliklər boyu təkrar istifadə olunub. Yerli tayfalar onların yaranmasından min illər sonra belə bu məzarlıqlara qayıdıblar.
Araşdırma müəllifləri bu dəfn ənənəsinin yaranmasını iqlim dəyişiklikləri ilə əlaqələndirirlər. Sahara səhrasının qurumağa başladığı dövrdə iri mal-qara sürülərinə sahib olmaq zənginlik və status göstəricisi hesab olunurdu. Lakin otlaq sahələri tamamilə yox olduqdan sonra köçərilər ya Nil çayı istiqamətinə köçməli, ya da heyvandarlıqdan imtina etməli olublar.
Tədqiqatçılar eyni zamanda xəbərdarlıq ediblər ki, qanunsuz faydalı qazıntı axtaran şəxslər bu qədim abidələri sürətlə məhv edir.
“Bu unikal məzarlıqlar minilliklər boyu qorunub qalsa da, bir həftədən az müddətdə tamamilə yox ola bilər”, - deyə alimlər bildiriblər.
Müəllif: Adəm
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi

























.jpg)









