Tarix
Qeyri-adi məzar tapıldı: Başıaşağı dəfn və tısbağa sirri alimləri heyrətləndirdi - FOTO
Salvadorun paytaxtı San-Salvadorun ətrafındakı Antiquo-Kuskatlan bölgəsində arxeoloqlar yaşı təxminən 3 min ilə çatan qeyri-adi insan məzarı aşkar ediblər.
Publika.az xəbər verir ki, "Live Science" nəşrinin məlumatına görə, tapıntının Maya sivilizasiyasından əvvəlki dövrə aid olduğu ehtimal edilir və qədim dəfn mərasimləri barədə yeni məlumatlar verə bilər.
Qazıntılar zamanı insan skeletinin üzüaşağı vəziyyətdə basdırıldığı müəyyən edilib. Onun yanında isə dəniz tısbağası formasında hazırlanmış keramika qab tapılıb. Alimlər bildirirlər ki, belə əşyalar son dərəcə nadir aşkarlanır və xüsusi dini-ritual məna daşıya bilər.
Arxeoloqlar qalıqların eramızdan əvvəl təxminən 850-830-cu illərdə Plan-de-la-Laquna vulkanının püskürməsi nəticəsində yaranmış kül qatının altında qaldığını müəyyən ediblər. Bu isə tapıntının Mezoamerikanın orta klassikdən əvvəlki dövrünə aid olduğunu göstərir.
Xatırladaq ki, 1970-ci illərin sonlarında eyni bölgədə 33 nəfərin qalıqlarından ibarət kütləvi məzarlıq aşkar edilmişdi. Həmin vaxt bunun qurban verilmiş hərbi əsirlərə aid olduğu güman edilirdi. Lakin hazırkı qazıntılara rəhbərlik edən Karlos Flores Mansano hesab edir ki, yeni tapıntıda skeletin qeyri-adi vəziyyətdə dəfn edilməsi insanın qurbanı verildiyini sübut etmir.
Onun sözlərinə görə, bu dəfn qədim insanların kainat və yeraltı aləm haqqında təsəvvürləri ilə bağlı ola bilər. Tısbağa formalı keramika qabın isə Maya astronomiyasında müqəddəs yolun bir hissəsi hesab olunan Orion qurşağı ilə simvolik əlaqə daşıdığı ehtimal edilir.
Kövrək sümüklərin qorunması üçün arxeoloqlar onları gips "kokonu" (barama formasında) ilə örtərək laboratoriyaya göndəriblər. Qarşıdakı araşdırmalar zamanı sümüklərin kimyəvi analizi aparılacaq, həmin insanın qidalanması, yaşam şəraiti və ölüm səbəbi barədə daha dəqiq nəticələrin bir il ərzində açıqlanacağı gözlənilir.
Müəllif: Adəm Abbaslı

-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO




































.jpg)


