Tarix
Alimlər qədim Pompey şəhərinin qoxusunu tapdı - 2 min il əvvəl...
Təxminən 2 min il əvvəl Vezuvi vulkanının püskürməsi nəticəsində kül altında qalan Pompey şəhərinin sakinlərini hansı qoxuların əhatə etdiyi müəyyənləşdirilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Sürix Universitetinin alimləri qədim dini mərasimlər zamanı istifadə olunan iki terakota buxurdanın (üzərində və ya içində buxur (ətirli qatran) yandırılan xüsusi qab) qalıqlarını araşdırıblar.
Mütəxəssislər müəyyən ediblər ki, romalılar evlərdə keçirilən dini ayinlər zamanı palıd ağacı, dəfnə yarpaqları, tut ağacı və müxtəlif aromalı qatranları yandırıblar. Bu maddələr yandırıldıqda limon qabığını və iynəyarpaqlı ağacları xatırladan sitruslu, odunlu və qatranlı qoxular yayıb.
Buxurdanlardan birində həmçinin üzümün emalından alınan məhsulların, ehtimal ki, şərab və ya sirkənin izləri aşkarlanıb. Onların da ayinlər zamanı tanrılara təqdim edildiyi güman olunur.
Araşdırmanın ən maraqlı nəticələrindən biri aromalı qatranın mənşəyi ilə bağlı olub. Alimlərin fikrincə, bu maddə Roma imperiyasının əsas buxur mənbələrindən biri olan Cənubi Ərəbistandan deyil, Hindistan və ya Afrikanın cənubundakı bölgələrindən gətirilib.
Tədqiqatçılar hesab edirlər ki, bu tapıntı qədim romalıların ticarət əlaqələrinin nə qədər geniş olduğunu da göstərir.
Alimlərə görə, qədim Pompey şəhərində evlərdə keçirilən mərasimlər zamanı ağac, ot, şirin və yüngül sitrus qoxularının qarışığı hiss olunurdu.
Qeyd edək ki, tədqiqatın nəticələri “Antiquity” jurnalında dərc olunub.
Adəm
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama



































