Tarix
Rusiya-Yaponiya gərginliyi artır: Putin Kuril adalarını “mübahisəsiz ərazi” elan etdi
Rusiya prezidenti Vladimir Putin Kuril adalarının statusunun İkinci Dünya müharibəsinin nəticələri və beynəlxalq sənədlərlə müəyyənləşdiyini bildirib.
Publika.az xəbər verir ki, Putin bu barədə Sakit Okean Donanmasının təlimləri zamanı danışıb.
Onun sözlərinə görə, Tokio arxipelaqın bir hissəsi üzərində Rusiyanın suverenliyini hələ də mübahisələndirir. Moskva isə 1945-ci ildən sonra formalaşan sərhədlərin müharibədən sonrakı reallıq olduğunu və yenidən nəzərdən keçirilməməli olduğunu hesab edir.
Yaponiya İturup, Kunaşir, Şikotan və Habomai adaları üzərində iddia edir və onları “şimal əraziləri” adlandırır. Bu ərazilər hazırda Rusiyanın Saxalin vilayətinin tərkibindədir.
Qeyd edilir ki, 1951-ci il "San-Fransisko Sülh müqaviləsi"ndə Yaponiya Kuril adaları və Saxalinin cənub hissəsinə olan hüquqlarından imtina edib. Lakin sənəddə bu ərazilərin hansı dövlətə verildiyi göstərilməyib. SSRİ isə müqaviləni imzalamayıb.
1956-cı il Sovet-Yaponiya Bəyannaməsi ilə iki ölkə arasında diplomatik münasibətlər bərpa olunub. Sənəddə sülh müqaviləsi bağlandıqdan sonra Şikotan və Habomai adalarının Yaponiyaya verilməsinin mümkünlüyü nəzərdə tutulsa da, Moskva ilə Tokio arasında belə müqavilə bu günədək imzalanmayıb.
Müəllif: Adəm
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama



































