Tarix
"Misir mavisi"nin sirri açılır: İzləri 2 min il sonra görün harada tapıldı - FOTO
Qədim dünyanın ən məşhur süni piqmentlərindən biri olan "Misir mavisi"nin texnologiyasının Misirdən minlərlə kilometr uzaqda - İranın şimal-qərbində istifadə edildiyi müəyyənləşib.
Publika.az xəbər verir ki, arxeoloqlar Həsənlu və Dinhə-Təpə ərazilərində İkinci Dəmir dövrünə aid təxminən 500 artefakt aşkar ediblər. Tapıntılar təxminən 2 min il əvvəl Misirdə meydana çıxan "Misir mavisi" piqmentindən hazırlanıb.
Pensilvaniya Universitetinin tədqiqatçıları piqmentin kimyəvi tərkibini, istehsal üsulunu və istifadə olunan xammalın mənşəyini araşdırırlar. Məqsəd qədim texnologiyanın İrana necə yayıldığını müəyyənləşdirmək olub.
"Misir mavisi" necə hazırlanırdı?
"Misir mavisi" insanın tanıdığı ən qədim sintetik piqmentlərdən biri hesab olunur. Onun hazırlanması üçün mis tərkibli maddə, kvars qumu, qələvi və kalsium karbonat qarışdırılır, daha sonra xüsusi temperaturda qızdırılırdı.
Piqment əsasən incəsənət nümunələrinin və müxtəlif əşyaların bəzədilməsində istifadə olunurdu. Həmçinin muncuq, amulet və kiçik qabların hazırlanmasında da tətbiq edilirdi.
Həsənluda isə onun istifadəsi daha geniş olub. Piqmentlə mebel ayaqları, qablar, dekorativ plitələr, bilərziklər və ayaq bəzəkləri rənglənib.

Tapıntılar zədələnmədən araşdırılır
Arxeoloqlar "Misir mavisi"ni xüsusi üsulla asanlıqla müəyyən edə bilirlər. Piqment infraqırmızı diapazonda flüoressensiya xüsusiyyətinə malikdir. Buna görə də xüsusi fotoçəkiliş vasitəsilə artefaktlara zərər vermədən onun izlərini aşkar etmək mümkündür.
Hazırda alimlər piqmentin və istifadə olunan xammalın kimyəvi və izotop xüsusiyyətlərini müqayisə edirlər. Bu araşdırma maddənin harada istehsal edildiyini və xammalın hansı ərazilərdən gətirildiyini müəyyənləşdirməyə kömək edə bilər.
Əgər piqmentin birbaşa İranın şimal-qərbində istehsal edildiyi sübuta yetirilərsə, Həsənlu tapıntıları Misirdən kənarda "Misir mavisi"nin istehsalına dair ən qədim sübut hesab olunacaq.
Alimlərin fikrincə, belə araşdırmalar təkcə qədim materialların mənşəyini müəyyənləşdirməyə deyil, həm də minilliklər əvvəl insanların miqrasiyasını, texnologiyaların yayılmasını və müxtəlif mədəniyyətlər arasındakı əlaqələri izləməyə imkan verir.
Müəllif: Adəm Abbaslı
-
Magazin121:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi

























.jpg)











