Tarix
Azərbaycanda tapılan sirli daş kürə dünya alimlərinin diqqətində - Cənubi Qafqazda indiyə qədər aşkarlanan heç bir əşyaya bənzəmir
Amerikanın Arxeologiya İnstitutunun nüfuzlu "Archaeology Magazine" elmi jurnalında Cəlilabad rayonunda tapılan daş kürə barədə məqalə dərc olunub.
Publika.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudova məlumat verib.
Məqalədə daş kürənin Cənubi Qafqazda indiyə qədər tapılmış heç bir əşyaya bənzəmədiyinə diqqət çəkilib və onun ritual funksiyası daşımış ola biləcəyi bildirilib.
Xatırladaq ki, tapıntı iyul ayında Vəfa Mahmudovanın rəhbərliyi ilə Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.
Daha əvvəl sözügedən tapıntı barədə Böyük Britaniyanın elmi-populyar nəşrlərindən biri olan "Heritage Daily"də məqalə yayımlanmışdı.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi













.jpg)

























