Tarix
Roma imperiyasında neçə milyon insan yaşayırdı? - Alimlər hesabladı
Roma imperiyasının ən qüdrətli dövründə əhalisinin 59-76 milyon nəfər olduğu ehtimal edilir.
Publika.az xəbər verir ki, tarixçilər və arxeoloqlar bu nəticəyə çoxsaylı mənbələr, statistik üsullar və riyazi modellər əsasında gəliblər. Roma imperiyası çiçəklənmə dövründə Avropa, Afrika və Asiyanın geniş ərazilərini əhatə edir, ümumi sahəsi təxminən 5 milyon kvadratkilometrə çatırdı.
İmperiyanın idarə olunması xüsusilə III əsrin böhranı zamanı daha da çətinləşmişdi. Şərqdə Sasanilər, şimal sərhədlərində isə german tayfalarının hücumları Roma üçün ciddi təhlükə yaratmışdı. Böyük məsafələr və regionlar arasında rabitənin zəifliyi mərkəzi hakimiyyətin təsirini azaltmışdı.
395-ci ildə Roma imperiyası Qərbi və Şərqi Roma imperiyalarına bölündü. Həmin vaxt Qərbi Roma imperiyasının əhalisi təxminən 22 milyon, Şərqi Roma imperiyasının əhalisi isə 34 milyon nəfər idi.
Qərbi Roma imperiyası 476-cı ildə süqut etsə də, sonradan Bizans adlandırılan Şərqi Roma imperiyası 1453-cü ilə qədər mövcudluğunu qorudu
Müəllif: Adəm
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
























.jpg)









