Tarix
9 min illik sirr: Türkiyədə heyrətamiz tapıntı - FOTO
Türkiyənin cənub-şərqində yerləşən Çayönü-Təpəsi yaşayış məskənində qədim mis və malaxit emalatxanası aşkarlanıb.
Publika.az xəbər verir ki, tikilinin eramızdan əvvəl təxminən 6900-6800-cü illərə aid olduğu müəyyən edilib. Bu da tapıntını metal emalının ən erkən mərhələlərindən birinə aid mühüm sübut kimi qiymətləndirməyə imkan verir.
Təxminən 5 kvadratmetr sahəni əhatə edən emalatxanada onlarla malaxit parçası, xammal, hazır muncuqlar və digər mis məmulatları aşkar edilib. Tapıntılar arxeoloqlara xammaldan hazır məhsula qədər bütün istehsal prosesini izləməyə şərait yaradıb.
Araşdırmaçıların fikrincə, ən diqqətçəkən məqam metal emalının yaşayış məskənində təsadüfi şəkildə deyil, xüsusi olaraq bu məqsədlə hazırlanmış yerdə aparılmasıdır.
Bu isə təxminən 9 min il əvvəl artıq ixtisaslaşmış sənətkarlığın mövcud olduğunu göstərir.
Müəllif: Adəm

-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi



















.jpg)
















