Tarix
Bukingemin döşəməsinin altından görün nələr çıxdı - FOTO
Bukingem sarayında aparılan bərpa işləri zamanı döşəmənin altında XIX və XX əsrlərə aid maraqlı əşyalar aşkarlanıb.
Publika.az BBC-yə istinadən xəbər verir ki, tapıntılar arasında təxminən 140 il əvvələ aid qəzet parçası, mıxlı çəkmə, boş “Silk Cut” siqaret qutusu, “Schweppes Still Malvern” butulkası və 1957-ci ilə aid futbol totalizatoru kuponları var.
Bundan başqa, 1949-cu ildə VI Georqun hakimiyyəti dövründə sarayda keçirilən kart tədbirinə giriş bileti, qalay fincan, taxta elektrik qutusu, Milad açıqcaları olan köhnə qutu və XIX əsrin ortalarına aid “Minton” keramika plitələrinin parçaları tapılıb.
Aşkarlanan əşyalar arasında 1966-cı il “Daily Express” qəzetinin səhifələri və 1977-ci ildə kraliça II Elizabetin 25 illik yubileyi münasibətilə keçirilən diplomatik qəbulun proqramı da olub.
Mütəxəssislər əşyaların böyük hissəsinin uzun illər sarayda çalışan əməkdaşlar tərəfindən döşəmənin altında qoyulduğunu ehtimal edir.
Qeyd edək ki, Bukingem sarayının yenidən qurulmasının gələn il başa çatdırılması planlaşdırılır. Saray rəhbərliyi bərpa zamanı aşkarlanan əşyalardan muzey ekspozisiyası yaradılacağını və işlər başa çatdıqdan sonra açılacağını açıqlayıb.
Müəllif: Adəm

-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?












.jpg)
.jpg)




.webp)


















