Tarix
Azərbaycandan 50 kilometr aralıda heyrətamiz kəşf: 170 milyon illik izlər aşkarlandı - Foto
Azərbaycan sərhədindən təxminən 50 kilometr aralıda yerləşən Dağıstanın Qaytaq rayonunda 170 milyon il əvvələ aid dinozavr ayaq izləri aşkarlanıb.
Publika.az xəbər verir ki, daşlaşmış izləri yerli fotoqraf Murad Maqomedov təsadüfən görüb. O, qeyri-adi izlərin fotolarını çəkərək internetdə yayımlayıb.
Şəkillər paleontoloq Maksim Fonkinin diqqətini çəkib. Mütəxəssis tapıntının aşkarlandığı əraziyə yollanıb və burada ilkin fotolarda görünəndən xeyli çox ayaq izi müəyyən edib.
Alimlərin ilkin qiymətləndirməsinə görə, izlərin yaşı təxminən 170 milyon ildir və onlar Yura dövrünə aiddir.
Xüsusi maraq doğuran izlərin yırtıcı dinozavrların dilofosauridlər qrupuna aid ola biləcəyi bildirilir.
Ərazidə dinozavrlarla yanaşı, krokodilomorfların da izlərinin ola biləcəyi bildirilir.
Mütəxəssislərin sözlərinə görə, təxminən 170 milyon il əvvəl Qafqaz indiki görünüşündən tamamilə fərqlənib. Mezozoy erasında bu ərazi bir neçə adadan ibarət arxipelaq olub və qədim Tetis okeanının hövzəsinə daxil olub. Dinozavrların izlərini buraxdığı ərazi həmin dövrdə qədim okean sahili olub.
Tetis okeanı bu gün artıq mövcud deyil. Onun qədim hövzəsinin qalıqları ilə Aralıq, Qara və Xəzər dənizlərinin geoloji tarixi əlaqələndirilir. (Musavat.com)
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?

















.jpg)



















