Tarix
Güllüdüzlə bağlı arxiv məlumatları üzə çıxarıldı - Video
Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb.
Publika.az Baku TV-yə istinadən xəbər verir ki, bu barədə məlumat "Perished civilization"da öz əksini tapıb.
Qeyd olunub ki, XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir azərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: "tatarlar", "qafqaz tatarları", "türklər" və ya "müsəlmanlar". Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə "türklər", "türk-tatarlar", "islamlar" və ya "məhəmmədilər" adlarına da rast gəlinir.
Məlumata əsasən, bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı "azərbaycanlıların əcdadları", daha sonrakı dövr üçün isə "azərbaycanlılar" termini istifadə olunub.
Bildirilib ki, kəndin adları çar dövründə "Güllüdüz", "Gülüdüz" kimi sovet dövründə isə "Yuxarı Güllüdüz", "Aşağı Güllüdüz", "Nerkin Güllüdüz" və "Verin Güllüdüz", "Güllüdüz" formasında idi.
Kənd ən azı 118 il ərzində "Güllüdüz" adını daşıyıb.
1991-ci ilin aprelində Ermənistanın Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı "Vardahovit" olaraq dəyişdirilib.
Kənd 1995-ci ildən Ermənistanın "Vayots Dzor" vilayətinin tərkibindədir.
Belə ki, kənd XIX əsrin ikinci yarısında yaranıb. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının tərkibində olub.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1914-cü ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
Qafqaz haqqında məlumat toplusuna görə, 1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla, 115 nəfər yaşayıb.
1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusuna əsasən, 1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla, 217 nəfər yaşayıb.
Z. Korkotyanın "Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931)" kitabına görə, 1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla, 263 nəfər yaşayıb.
1905-1906-cı illərdə Daşnaksütyun partiyası birinci dəfə Qafqazda müsəlman əhalinin etnik təmizlənməsini keçirməyə başlayıb. Bu addımlar İrəvan quberniyasına da toxunub.
Etnik təmizləmənin nəticələri əvvəlki illərdə kənddə yaşamış türk əhalinin sayını onların 1908-ci ildəki sayı ilə müqayisə etdikdə görünür.
İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası: "1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla, 151 nəfər yaşayıb".
1915-ci ilə olan Qafqaz təqvimi: "1914-cü ildə kənddə 151 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar", - məlumatda qeyd olunub.
Materialda qeyd olunub ki, 29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib.
Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda ilk erməni dövləti yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.
1918-1920-ci illərdə Ermənistanda hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə həyata keçirib.
9-cu Osmanlı Ordusunun 27 noyabr 1918-ci il tarixli məlumatında Güllüdüz üç ay ərzində zorakılığa məruz qalmış müsəlman kəndləri arasında qeyd olunur. Bu kəndlər sonradan artilleriya, pulemyot atəşinə tutulub və ümumilikdə 400 nəfər itki verərək sakinləri öz evlərini tərk etməyə məcbur qalıblar.
1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub.
1926-1959-cu illərdə Güllüdüz mənbələrdə iki ayrı yaşayış məntəqəsi - "Yuxarı Güllüdüz" və "Aşağı Güllüdüz" kimi qeyd olunur. 1959-cu ildə onlar yenidən vahid bir kənddə birləşdiriliblər.
Kənd sonradan ardıcıl olaraq, "Keşişkənd", "Mikoyan" və "Yeğeqnadzor" adlarını daşımış Dərələyəz rayonunun tərkibində olub.
Erməni mənbələrinin məlumatına əsasən, kənddə 1980-ci illərin sonlarına qədər azərbaycanlılar yaşayıblar.
Z. Korkotyanın "Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931)" nəşrində 1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla, 142 nəfər yaşadığı, 1926-cı ildə bu sayın "Aşağı Güllüdüz" kəndində 32 nəfər yaşayıb, onlardan 31-nin azərbaycanlı olması barədə məlumat var.
Məlumatda 1926-cı ildə "Yuxarı Güllüdüz" kəndində hamısı azərbaycanlı olmaqla, 108 nəfərin yaşaması qeyd olunub.
Manvelyan A.P., Martirosyan G.M. Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi: "1959-cu ildə Güllüdüz kəndində 263 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar".
Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğətinə əsasən, 1970-ci ildə kənddə 362 nəfərin yaşadığı, 1979-cu ildə isə bu sayın 369 nəfər olduğu bildirilir.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən deportasiya olunublar.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kənddə onlarla dağıdılmış məzar daşlarının qaldığı XIX-XX əsrlərin azərbaycanlı qəbiristanlığı aşkar edilib.
Qeyd edək ki, "Qərbi Azərbaycanın yaddaş yerləri" nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanıb və sistemləşdirilib. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalıb.
-
İdman22:18Bir dövr, iki fərqli sonluq: Messi zirvədə vidalaşır, Ronaldo isə…
-
Nida Xəbər 22:0437 yaşlı yeni başçının dosyesi
-
MDB21:13Rusiyada fişəng zavodunda dəhşətli yanğın: ölü sayı artdı - Yeniləndi
-
Nida Xəbər 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?




















.jpg)














.jpg)