Avstraliya imperator məqbərələrindən oğurlanan tarixi heykəlləri Çinə qaytardı - FOTO
Bizi izləyin

Tarix

Avstraliya imperator məqbərələrindən oğurlanan tarixi heykəlləri Çinə qaytardı - FOTO

Avstraliya imperator məqbərələrindən oğurlanan tarixi heykəlləri Çinə qaytardı - FOTO

Avstraliya Sun sülaləsi dövrünə aid imperator məqbərələrini bəzəyən iki qiymətli daş heykəl parçasını Çinə qaytarıb.

Publika.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Tarixi artefaktların təhvil verilməsi Kanberrada, Avstraliya Milli Qalereyasında baş tutub. Çin tərəfinə əntiq əşyaların mühafizəsi üzrə Dövlət İdarəsinin nümayəndələri təhvil-təslim mərasimində iştirak ediblər.

Qaytarılan eksponatlar əhən gdaşından hazırlanmış iki heykəl başıdır. Onlardan biri Yunçanlin məqbərəsindəki mülki məmuru, digəri isə Yunüyülin məqbərəsindəki hərbi məmuru təsvir edən heykələ aiddir. Hər iki nümunə Sun sülaləsi dövrünün (960-1279) daşyonma sənətinin diqqətəlayiq əsərləri hesab olunur.

Qeyd edək ki, məqbərələr Çinin Xenan əyalətinin Qunyi şəhərində yerləşir. Burada Şimali Sun sülaləsi dövrünün imperator dəfn komplekslərinə aid insan və mifik varlıqları təsvir edən çoxsaylı daş heykəllər var.

Yunçanlin məqbərəsində Sun sülaləsinin banisi, 960-976-cı illərdə hakimiyyətdə olmuş imperator Taizunun (Çjao Kuanyin) dəfn edilib. Yunüyülin məqbərəsi isə 1067-1085-ci illərdə hakimiyyətdə olmuş altıncı imperator Şenzonqun (Çjao Syu) məzarıdır.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm