"Bu, ərazilərdən real imtina deməkdir, heç bir status..." – ŞOK BƏYANAT
Bizi izləyin

MDB

"Bu, ərazilərdən real imtina deməkdir, heç bir status..." – ŞOK BƏYANAT

Ukraynanın “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko Kiyevin nəzarətində olmayan Donetsk və Luqansk vilayətlərinə xüsusi statusun verilməsinə qarşı çıxıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, partiya lideri bu haqda “Sülh və təhlükəsizliyin yeni strategiyası” milli forumunun gedişatında bildirib.

“Nə Donetsk, nə də Luqansk vilayətinə heç bir xüsusi status vermək lazım deyil. Bizə başqa strategiya lazımdır, bizə Ukraynadakı bütün icmalara mümkün səlahiyyətləri və azadlığı verəcək yeni konstitusiya lazımdır. Bu konstitusiya Ukraynanı unitar dövlət etməlidir. Heç vaxt heç bir federalizm olmayacaq”, - siyasətçi vurğulayıb.

O xatırladıb ki, “Batkivşina” Donbasın xüsusi statusu haqqında qanunun uzadılmasına qarşı səs vermişdi. Timoşenkonun sözlərinə görə, bu, dondurulmuş münaqişə formasıdır və ərazilərdən qismən real imtinadır.

Qeyd edək ki, Ukrayna parlamenti daha əvvəl 2019-cu ilin sonuna kimi Donbasın xüsusi statusu haqqında qanunun icrasını uzadıb. Onu ölkə prezidenti Pyotr Poroşenko imzalayıb. Minsk razılaşmalarına əsasən, Kiyev Donetsk və Luqansk vilayətlərinin ayrı rayonlarına xüsusi status verməyi öhdəsinə götürüb. Müvafiq qanun 2014-cü ildə qəbul edilsə də, tətbiq olunmayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm