MDB
Rusiyada ağır qəza: ölənlər var
Rusiyanın Penza vilayətində "Volvo" yük maşını "Hyundai Elantra" minik avtomobili ilə toqquşub.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin vilayət idarəsinin nümayəndəsi bildirib.
Bildirilir ki, yol qəzası Moskva vaxtı ilə saat 15:45-də M-5 "Ural" federal avtomobil yolunun 556-cı kilometrində baş verib: "İlkin məlumata əsasən, "Volvo" yük maşınının və "Hyundai Elantra" minik avtomobilinin toqquşması baş verib. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və 3 sərnişin (kişi, qadın və uşaq) aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. "Volvo" yük maşınının sürücüsü yüngül xəsarətlər alıb və tibbi yardım göstərildikdən sonra buraxılıb".
Nümayəndə qeyd edib ki, ölənlərin kimliyi araşdırılır. Qəza faktı ilə bağlı Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi yoxlama həyata keçirir.
-
Magazin122:24
Aygün Kazımova evdə açıq-saçıq pozalar verdi - FOTO
-
Dəb21:48
Məşhur geyim şəbəkəsinin yaradıcısı VƏFAT ETDİ - FOTO
-
Magazin119:36
Xatirə fəxri ad almaq istəyir? - VİDEO
-
MDB18:40
"2024-cü il çətin sınaqlar dövrünə çevrildi"
-
Magazin218:36
Hamilə ulduz uşağını kiminlə böyüdəcəyinə QƏRAR VERDİ - FOTO
-
İdman18:24
Mbappe və "Real"ın sabiq ulduzu arasında düşmənçilik var
-
Müsahibə18:00
Seulun fəxri vətəndaşı olan azərbaycanlı xanım - O, Koreya vətəndaşlığını niyə qəbul etmir?
-
Yolçu17:00
“Harri Potter”in yazıldığı məkandan REPORTAJ - FOTOLAR