MDB
Rusiya İsrailə ultimatum verdi
Moskva İsraili Suriya ərazisinə zərbələri dayandırmağa çağırır və regionda düşmənçilik atmosferinin artmasının nəticələri haqqında xəbərdarlıq edir.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Biz bu məsələ üzrə mövqeyimizi dəyişdirmədik. Suveren dövlətin ərazisinə zərbələrin vurulması təcrübəsi, indiki halda Suriyadan söhbət gedir, dayandırılmalıdır”, - Zaxarova brifinqdə deyib.
Rusiyanın xarici siyasət idarəsinin nümayəndəsi qeyd edib ki, Moskvanın qiymətləndirməsinə görə, regionda düşmənçilik atmosferinin gərginləşməsi İsrail də daxil olmaqla Yaxın Şərq dövlətlərindən heç birinin milli maraqlarına cavab vermir.
“İmkan vermək olmaz ki, bu illər ərzində müharibədən əziyyət çəkmiş Suriya geosiyasi hesablaşmaların səhnəsinə çevrilsin. Hamını Yaxın Şərqdə xaosun yeni bumunun provokasiya edilməsinin nəticələrini fikirləşməyə çağırırıq”, - Zaxarova əlavə edib.
Qeyd edək ki, bazar ertəsi – yanvarın 21-i gecəsi İsrail hərbçiləri Suriyaya bir neçə zərbə endirib. Təl-Əvivdə iddia edirlər ki, hücumlar iranmeylli güclərin ərəb respublikasının ərazisindən Qolan hündürlüklərinə atəş cəhdinə cavab idi. Aviazərbələr nəticəsində 4 Suriya hərbçisi həlak olub, 6-sı yaralanıb.
Bu, Suriyada İranın mövqelərinə ötən ilin may ayından bu yana İsrailin ən genişmiqyaslı hücumu idi.
Ömər
-
Region05:55
Qadın qızardılmış toyuq yedikdən sonra öldü - MÜƏMMA
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi