Lukaşenkodan Putinə ÜMUMİ VALYUTA mesajı
Bizi izləyin

MDB

Lukaşenkodan Putinə ÜMUMİ VALYUTA mesajı

Rusiya-Belarus dövləti çərçivəsində “ümumi rubl” mümkündür, bu, Rusiya rublu olmamalıdır.

Publika.az xəbər verir ki, bu haqda Belarussiya Prezidenti Aleksandr Lukaşenko Minskdə ictimaiyyət və KİV-lə “Böyük danışığın” gedişatında bildirib.

"Bu gün bizə valyutanı təklif edirlər. O, (Rusiya prezidenti Vladimir Putin – red.) mənə ritorik danışır ki, əlbəttə, bu rubl olacaq. Mən deyirəm ki, əlbəttə, rubl olacaq. Sizdə də rubl və bizdə də rubl var. Məsələ bunda deyil. Bu, Rusiya və ya Belarus rublu olmayacaq, əgər o olacaqsa, bizim ümumi rublumuz olacaq”, - Lukaşenko bildirib.

Xatırladaq ki, Belarus prezidenti ötən ay da analoji bəyanatla çıxış edib.

“Biz vahid valyutaya qarşı deyilik, amma bu, ümumi valyuta olmalıdır, Rusiyanın Mərkəzi Bankının valyutası deyil”, - Lukaşenko söyləmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm