Avropa
"The Telegraph"dan ŞOK TƏKLİF: "Britaniya ABŞ-ın 51-ci ştatı olsun, bəxtimiz gətirəcək"
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkəyə qoşulmağa Kanadanı deyil, Britaniyanı dəvət etməlidir.
Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti yazır.
"Trampın Kanadanın 51-ci ştat kimi Amerika İttifaqına daxil olması ilə bağlı yarı zarafat təklifi kimi bir sövdələşmə əldə etsək, bəxtimiz gətirəcək", - nəşr bildirib.
Yazının müəllifi əminliklə qeyd edib ki, hazırda Vaşinqtonla London arasındakı münasibətlər metropoliya ilə dominion arasındakı münasibətlərə bənzəyir.
Xatırladaq ki, dekabrın 3-də Tramp Kanadanın baş naziri Castin Trüdo ilə görüşü zamanı onu hədələyib ki, əgər ölkə qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı problemini həll etməsə, Kanada Amerika dövlətinə çevrilə bilər.
Tramp daha sonra bəyan edib ki, ABŞ-a qoşulmaq Kanada üçün əhəmiyyətli vergi və müdafiə qənaətinə görə üstünlük olacaq.
Hüseyn İbadlı
-
Magazin123:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin220:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO
-
Avropa20:00Zelenski Əbu-Dabidəki üçtərəfli görüşdən danışdı - Nələr müzakirə edilib?
-
İdman19:36Emin Abbasova yüksək vəzifə verildi
-
Region18:36İran yeni yeraltı raket şəhərciyini istifadəyə verdi
























.png)
.jpg)
.jpg)









