SON DƏQİQƏ: Hərbi hissədə atışma: 8 əsgər öldürüldü
Bizi izləyin

MDB

SON DƏQİQƏ: Hərbi hissədə atışma: 8 əsgər öldürüldü

Rusiya Federasiyasının Zabaykal əyalətində yerləşən hərbi hissədə silahlı insident baş verib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi informasiya yayıb.

Məlumata görə, Qornıy küçəsində yerləşən hərbi hissədə qaravulda xidmət aparan hərbi qulluqçu həmkarlarına atəş açıb. Hadisənin təfərrüatları bildirilməsə də, hərbi qulluqçunun 10 həmkarını güllələdiyi qeyd edilib. Güllələnən əsgərlərdən 8-i həlak olub, 2-si yaralanıb. Yaralanan əsgərlər xəstəxanaya çatdırılıb.

İnsidenti törədən əsgərin tutulduğu bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm