Rəis və qardaşı belə öldürüldü - ANBAAN GÖRÜNTÜLƏR (VİDEO)
Bizi izləyin

MDB

Rəis və qardaşı belə öldürüldü - ANBAAN GÖRÜNTÜLƏR (VİDEO)

İnquşetiyanın Ekstremizmə qarşı Mübarizə Mərkəzinin rəisi İbrahim Elcarkiyev Moskvada öldürülüb.

Axar.az RİA-ya istinadla xəbər verir ki, Elcarkiyev Akademik Anoxin küçəsində güllələnib. Həmin vaxt İ.Elcarkiyevin qardaşı da onunla olub və o da qətlə yetirilib.

İlkin məlumata görə, qatil Elcarkiyevə ən azı 4 güllə vurub. Şübhəlinin “Volkvagen” və ya BMV markalı qara rəngli maşınla aradan çıxdığı ehtimal edilir. daha sonra isə o, Moskvanın cənub-qərbində, cinayət yerindən azca kənarda maşını atıb.

Polis ərazidəki kameraların qeydlərini araşdırır. Hadisə yerində kriminalistlər çalışır.

Qətllə bağlı cinayət işi açılıb, qatilin həbsi üçün tədbirlər görülür.

Elcarkiyev və qardaşının güllələnmə anının görüntüləri yayılıb. Videodan görünür ki, Elcarkiyev maşından azca kənardadır. Qatil onu güllələyərkən maşından 3 nəfər düşür, ancaq yalnız qardaşı onu qorumaq üçün sürətlə yaxınlaşır, digər ikisi isə gizlənir.

Qatil ona yaxınlaşan şəxsi də qətlə yetirir.

Qeyd edək ki, Elcarkiyevə qarşı bu ilin yanvar ayında da hücum edilmişdi. Həmin vaxt onun maşını güllabaran edilmişdi. Özü xəsarət almasa da, yanındakı iki polis və bir mülki şəxs yaralanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm