Dövlətdən yardım istədilər, uşaqlarını ƏLLƏRİNDƏN ALDILAR - ŞOK VİDEO
Bizi izləyin

MDB

Dövlətdən yardım istədilər, uşaqlarını ƏLLƏRİNDƏN ALDILAR - ŞOK VİDEO

Rusiyanın Orenburq vilayətində qəribə insident baş verib.

Publika.az “Mash” “Telegram” kanalına istinadla xəbər verir ki, çoxuşaqlı ailə hökumətdən mənzil üçün kömək istəyib. Əvəzində isə uşaqları əllərindən alınıb.

Məlumata görə, ailə bu yaxınlarda yeni mənzilə köçüb. Lakin bina qəzalı olduğundan onlar hökumətə normal şəraitli ev üçün müraciət ediblər.

Məsul qurumlar dərhal reaksiya veriblər. Ancaq onlara yardım etmək əvəzinə uşaqları əllərindən alınıb.

Məlumata görə, uşaqların ən böyüyünün altı yaşı var.

Bununla bağlı kadrlar yayıldıqdan sonra qurum əməkdaşlarının bu fəaliyyəti ilə bağlı istintaq başladılıb.

Hələ ki, uşaqlar xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm