Koronavirusu aşkar edən mobil tətbiq İŞƏ SALINDI
Bizi izləyin

MDB

Koronavirusu aşkar edən mobil tətbiq İŞƏ SALINDI

Cari ilin yanvar ayında "Sberbank" mütəxəssisləri bir dəqiqə ərzində nəfəs və öskürək əsasında koronavirusun aşkar edilməsi üçün mobil tətbiqi istifadəyə veriblər.

Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, hazırlanmış alqoritmi artıq "Google Play" və "App Store" platformasından yükləmək mümkündür, lakin yeni tətbiq diaqnostik test deyil.

""Sberbank"-ın süni intellekt laboratoriyası bankın ekosisteminə daxil olan "SberMedİİ" ilə birlikdə nəfəs və öskürək səsini təhlil edərək insanda COVID-19-a xas əlamətlərin olub-olmadığını müəyyən edən "AI Resp" tətbiqini hazırlayıb", - deyə bankın idarə heyəti sədrinin birinci müavini Aleksandr Vedyaxin bildirib.

Vedyaxin onu da deyib ki, yanvar ayında tətbiq işə salındıqdan bu günə qədər mobil tətbiqə COVID-19 pasiyentlərin 3000-ə qədər şəxssizləşdirilmiş səs yazısı inteqrasiya olunub və hazırda onun dəqiqliyi 82%-ə çatıb.

"Sberbank-ın süni intellekt laboratoriyasının artıq kifayət qədər yüksək texnoloji tibbi layihələr portfeli var. Belə ki, bizim işlərimiz süni intellekt əsasında elektron tibbi kartlardakı qeydlər əsasında diaqnoz qoymağa imkan verir və kompüter tomoqrafiyası şəkillərində pnevmoniyaya xas olan dəyişiklikləri aşkar edir. Hazırda biz həkimlərin işini asanlaşdıracaq və insan həyatını xilas edəcək silsilə qabaqcıl həllər üzərində işləyirik. "AI Resp" də bu cür perspektiv həllərdən biridir", - deyə sədr müavini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm