Özbəkistandan "Taliban"ın müvəqqəti hökuməti ilə bağlı AÇIQLAMA
Bizi izləyin

MDB

Özbəkistandan "Taliban"ın müvəqqəti hökuməti ilə bağlı AÇIQLAMA

Rəsmi Daşkənd Əfqanıstanda müvəqqəti hökumət və yeni dövlət orqanlarının yaradılmasını alqışlayır.

Publika.az xəbər verir ki, bu haqda Özbəkistan Xarici İşlər Nazirliyinin müraciətində bildirilir.

Müraciətdə deyilir:

“Ümid edirik ki, bu qərar Əfqanıstanda milli sabitliyin və möhkəm sülhün yaranmasının başlanğıcıdır. Biz Əfqanıstanın yeni dövlət orqanları ilə konstruktiv dialoqun inkişafına və qarşılıqlı fəaliyyətə hazır olduğumuzu bildiririk”.

Xatırladırıq ki, Özbəkistan Xarici İşlər Nazirliyi bundan əvvəl bəyan etmişdi ki, inklüziv hökumət formalaşdırılması ilə bağlı Əfqanıstan daxili qüvvələrinin bəyanatını dəstəkləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm