Təyyarənin vurulmasında Putinin əli var - Sübut
Bizi izləyin

MDB

Təyyarənin vurulmasında Putinin əli var - Sübut

Münhen Təhlükəsizlik Konfransında Rusiyanın Ukraynadakı hərbi cinayətləri müzakirə ediləcək.

Publika.az “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Hoysgen Rusiyanın Ukraynaya hücumu ilə bağlı hərbi cinayətlərə görə mühakimə olunması məsələsini gələn həftənin sonunda keçiriləcək yüksək səviyyəli illik toplantının gündəliyinə daxil edib.

Toplantıda Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xanın da iştirak edəcəyi bildirilir.

2014-cü ilin iyulunda Şərqi Ukraynada vurulan “MH17” sərnişin təyyarəsi ilə bağlı Hoysgen deyib:

“Bu dəhşətli hadisədə Kremlin əlinin olması təəccüblü deyil. Beynəlxalq müstəntiqlərin fikrincə, Rusiya prezidenti Vladimir Putin təyyarənin vurulmasında fəal rol oynayıb. İstintaq qrupu çərşənbə günü Haaqada elan etdi ki, bunu dinlənilən telefon danışıqları sübut edir”.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm